Bank Of Baku

Hər 7-ci amerikalı yoxsulluq həddində yaşayır

Hər 7-ci amerikalı yoxsulluq həddində yaşayır
# 20 sentyabr 2010 07:52 (UTC +04:00)
Bakı - APA-Economics. Qlobal iqtisadi böhran amerikalıların maddi durumuna ciddi təsir edib.

APA-Economics”in RBK-ya istinadən xəbərinə görə, ABŞ-da yoxsulluq həddindən aşağı yaşayanların sayı son yarım əsr ərzində maksimal həddə çatıb.

2009-cu ildə ABŞ-da yoxsulların payı 1,1 faiz bəndi artaraq 14,3%-ə çatıb ki, bu da 1999-cu ildən bəri ən yüksək göstəricidir. Ötən il amerikalı yoxsulların sayı 4 mln. nəfər artaraq 43,6 mln.-a çatıb. Bu isə son 51 il ərzində maksimal həddir.

Bu göstəricilərə əsasən, hazırda hər 7-ci amerikalı yoxsulluq həddində yaşayır. Həmçinin bu ölkədə 18 yaşına qədər hər 5-ci uşaq (15,5 mln. nəfər) da ehtiyac içindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR