Bank Of Baku

Qusar rayonunda torpaq sürüşməsi baş verib

Qusar rayonunda torpaq sürüşməsi baş verib
# 20 sentyabr 2010 09:57 (UTC +04:00)
Qusar. Könül Abdullayeva – APA. Son günlər Qusar rayonunun Urva kəndində yenidən torpaq sürüşmələri baş verməkdədir. APA-nın şimal bürosunun xəbərinə görə, 2009-cu ilin mart ayında başlayan sürüşmə prosesi artıq iki hektara qədər ərazini əhatə edir. Sürüşmə zonasında yerləşən 15 evdə çatlar əmələ gəlib. Son günlər yağan yağış torpaq sürüşməsini aktivləşdirib. İki ailəyə məxsus evlərin bir neçə otağı binadan parçalanaraq 15 metr yarğanla aşağı çöküb. Uçurumun yaxınlığında yerləşən yardımçı tikililər və həyətyanı torpaq sahələri də sürətlə çökməyə başlayıb. Torpaq sürüşməsi kəndin məktəb binasında da təhlükəli çatlar əmələ gətirib. Müəllimlər qəzalı binada dərslərin aparılmasının qorxulu olduğunu bildirirlər. Qeyd edək ki, hələ ötən il Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri əraziyə baxış keçirib və sürüşmə zonasındakı 15 binanın çökəcəyini bildiriblər. Sakinlərə müvəqqəti olaraq kənddəki başqa evlərdə və onlar üçün ayrılan xüsusi binalarda məskunlaşmaq tövsiyə olunub. Lakin sakinlər hələ də öz mənzillərini tərk etmək istəmir. Urva üzrə icra nümayəndəsi Süləddin Bədəlovun APA-nın şimal bürosuna verdiyi məlumata görə, sürüşmə zonasında yaşayan 15 ailə üçün kəndin digər hissəsində yeni mənzillərin tikilməsi qərara alınıb. Rayon İcra Hakimiyyəti yeni mənzillərin tikiləcəyi ərazini rəsmi şəkildə təyin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR