Bank Of Baku

Azərbaycanın gənclər və idman naziri ilə Qırğızıstanın gənclərlə iş üzrə naziri arasında görüş keçirilib - FOTO

Azərbaycanın gənclər və idman naziri ilə Qırğızıstanın gənclərlə iş üzrə naziri arasında görüş keçirilib - <font color=red>FOTO</font>
# 20 sentyabr 2010 11:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda səfərdə olan Qırğızıstanın gənclərlə iş üzrə naziri Aliyasbek Alımkulovu qəbul edib. APA-nın məlumatına görə, A. Rəhimov Azərbaycan Gənclər və İdman Nazirliyinin fəaliyyəti, gənclərlə bağlı dövlət siyasəti haqqında danışıb. O, iki ölkə arasında bu sahədə əməkdaşlığın zəruriliyini və əhəmiyyətini xüsusi vurğulayıb.

Qırğızıstanın gənclərlə iş üzrə naziri Aliyasbek Alımkulov isə Azərbaycanda gənclər siyasəti ilə bağlı uğurlu addımlar atıldığını, bu məqsədlə də Azərbaycanın təcrübəsini öyrənmək istədiklərini söyləyib. Nazir həmçinin qeyd edib ki, təmsil etdiyi qurum yeni təsis olunduğundan Azərbaycanın və digər qardaş türk dövlətlərinin təcrübəsindən daha çox bəhrələnmək niyyətindədirlər: “Bizə yaxın olan bir millətin bu cür inkişafı qırğızlar üçün sevindiricidir. Nizami Gəncəvi, Məhəmməd Füzuli və Babək kimi böyük insanlar yetirən xalq bu inkişafa qadirdir. Biz də sizinlə birgə inkişaf etmək istəyirik. Ümid edirəm ki, bir-birimizə kömək edəcəyik”.

Rəsmi qəbulun sonunda qonağa Azərbaycan xalçası hədiyyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR