Bank Of Baku

BMT-nin baş katibi gəncləri sülh naminə çalışmağa çağırıb

BMT-nin baş katibi gəncləri sülh naminə çalışmağa çağırıb
# 20 sentyabr 2010 14:45 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Sentyabrın 21-i BMT tərəfindən Beynəlxalq Sülh Günü kimi qeyd olunur. BMT-nin Bakı nümayəndəliyindən APA-ya daxil olan məlumata görə, bu günlə bağlı BMT baş katibi Pan Gt Mun müraciət edib.
Müraciətdə sülhün çox qiymətli olduğu, onu qorumağın, müdafiə etməyin vacibliyi vurğulanıb: “Məhz buna görə də mən hər gün sülhün bərqərar olması naminə çalışıram. Bir-birinə qarşı çıxan tərəflər arasında vasitəçilik edirəm. Mən həm aşkar görünən, həm də gələcəkdə baş qaldıra biləcək təhlükələrlə bağlı həyəcan təbili çalıram. Mən dözümlülüyü, ədaləti və insan hüquqlarını təbliğ edir, hər kəsi insanlar və ölkələr arasında harmoniyaya səsləyirəm”.

Baş katib bildirib ki, bu il Sülh Günü gənc insanlara həsr edilib: “Bu yaxınlarda Beynəlxalq Gənclər İlinə qədəm qoyduq. İlin mövzusu kimi elan olunmuş qarşılıqlı anlaşma və dialoq sülhün əsl mahiyyətini əks etdirir. Mən həm də bütün gənclərə səslənirəm: bizə qoşulun. Sülh naminə işimizdə bizə kömək olun. Minilliyin İnkişaf Məqsədlərinə çatmaq üçün qoyulan son tarixə cəmi beş il qaldığı bir vaxtda mən hamıya – gənclərə və yaşlılara səslənərək bu qlobal problemlərin qlobal həll yollarını tapmaqda bizə kömək etməyi xahiş edirəm. Plan və ideyalarınızı bizimlə bölüşün, fəaliyyətinizdə yaradıcı və çılğın olun. Hamı üçün inkişaf və sülh naminə mübarizədə bizə kömək edin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR