Bank Of Baku

“Dinc, yanaşı yaşamaq uğrunda gənclərin həmrəyliyi” mövzusunda keçirilən beynəlxalq konfrans işini Qubada davam etdirib

“Dinc, yanaşı yaşamaq uğrunda gənclərin həmrəyliyi” mövzusunda keçirilən beynəlxalq konfrans işini Qubada davam etdirib
# 20 sentyabr 2010 16:58 (UTC +04:00)
Quba. Könül Abdullayeva - APA. Gənclər və İdman Nazirliyi və Avropa Şurası Avropa Gənclər Fondunun təşkilatçılığı ilə Bakıda “Dinc, yanaşı yaşamaq uğrunda gənclərin həmrəyliyi” mövzusunda keçirilən beynəlxalq konfrans öz işini bu gün Qubada davam etdirib. APA-nın şimal bürosunun məlumatına görə, konfransda azərbaycanlı gənclər, o cümlədən Türkiyə, Gürcüstan, Rumıniya, Moldova, Estoniya və İtaliyadan olan nümayəndələr iştirak edib. Dini tolerantlıqla bağlı aparılan müzakirələrdə ayrı-ayrı etnik qrupların və müxtəlif dinlərin nümayəndələrinin əsrlər boyu Qubada mehribancasına yaşaması nümunəvi hal kimi dəyərləndirilib. Soyqırımı məzarlığını ziyarət edən əcnəbi gənclərə ermənilərin 1918-ci ildə Qubada törətdiyi vəhşi qırğınlar barəsində məlumat verilib. Rumıniyalı nümayəndə Bunesku Luisa açıqlamasında deyib ki, onlar Quba məzarlığı və burada baş verən tarixi hadisələrlə bağlı öyrəndiklərini öz ölkələrinin gənclərinə də çatdırmağı qərara alıblar: “Çünki burada bəşəri bir faciə baş verib. Ona görə də bu hadisələrdən bütün dünya xəbərdar olmalıdır”.

Konfrans iştirakçıları Qubada yaşayan müxtəlif etnik qrupların nümayəndələri ilə görüşüb, həmçinin dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbə ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR