Bank Of Baku

Sumqayıt Uşaq-Gənclər İdman Məktəbində əsaslı təmir və yenidənqurma işləri yekunlaşır

Sumqayıt Uşaq-Gənclər İdman Məktəbində əsaslı təmir və yenidənqurma işləri yekunlaşır
# 21 sentyabr 2010 07:54 (UTC +04:00)
Sumqayıt - APA-Economics. 1967-ci ildə yaradılan Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbində əsaslı təmir və yenidənqurma işləri yekunlaşmaq üzrədir.

APA-Economics”in xəbərinə görə, məktəbin ərazisində 3 mərtəbəli yeni inzibati bina, 3 idman zalı, yardımçı otaqlar, tennis kortları, futbol meydançası tikilib.

Bundan əlavə, mövcud su hovuzu əsaslı təmir olunaraq üstü şüşə örtüklə bağlanıb, hazırda ətrafında tamaşaçı tribunasının quraşdırılması işləri yekunlaşmaq üzrədir. Eyni zamanda məktəb fasadının təmiri, daxilində yeni elektrik xətlərinin çəkilişi yekunlaşıb. Hazırda inzibati binanın daxilinin mərmərlə döşənməsi, divarların rənglənməsi, zallara idman inventarlarının quraşdırılması üçün yerlərin hazırlanması, ətraf ərazinin yaşıllaşdırlması və hasara alınması işləri həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR