Bank Of Baku

Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb

Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb
# 21 sentyabr 2010 08:46 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna məlumat verən bölgə sakinlərinin məlumatına görə, bu gün səhər saat 09:00 radələrində Balakən, Zaqatala və Qax rayonlarına təbii qazın verilməsi əhaliyə xəbərdarlıq edilmədən dayandırılıb.

Zaqatala Qaz İstismarı İdarəsindən (Qİİ) APA-ya verilən açıqlamada məlumat təsdiqlənib. Buna səbəb kimi qarşıdan gələn qış mövsümünə hazırlıq işlərinin aparılması ilə əlaqədar Xaldan-Şəki-Balakən magistral qaz kəmərində təmir işlərinin aparılması göstərilib. Hazırda Ağdaş Magistral Qaz Kəmərləri İdarəsinin əməkdaşları Xaldan-Şəki-Balakən magistral qaz kəmərində təmir işlərinə başlayıb. Təmir başa çatdıqdan sonra bölgəyə təbii qazın verilməsi bərpa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR