Bank Of Baku

“Bakı Tikiş Evi” ASC-də istehsal olunan məktəbli geyimləri üzrə yoxlamaların ilkin nəticələri açıqlanıb

“Bakı Tikiş Evi” ASC-də istehsal olunan məktəbli geyimləri üzrə yoxlamaların ilkin nəticələri açıqlanıb
# 21 sentyabr 2010 08:52 (UTC +04:00)
Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisə məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri istehsalı üçün tələb olunan normativ sənədlərin bir qismi ilə təmin edilib. Belə ki, üst geyimlərinin istehsalı üçün müəssisə tərəfindən “Məktəbli oğlan və qızlar üçün kostyum” adlı texniki təsvir sənədi hazırlanıb, Azərbaycan Valideynlər Assosiasiyasının razılığı əsasında qəbul edilib. Texniki təsvirlərdə standartın tələblərinə uyğun olaraq məktəbli geyimlərinin zarisofkaları, siluetləri, formaları, həmçinin tərkibi haqqında məlumatlar əks olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məhsulların sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” 343 saylı Qərarına əsasən uşaq geyimləri məcburi sertifikatlaşdırılmalı mallar sırasında olduğu üçün “Bakı Tikiş Evi” ASC tərəfindən istehsal olunan məktəbli geyimlərinin sertifikatlaşdırılması məqsədilə Komitənin 1 saylı Ərazi Sınaq və Sertifikatlaşdırma İdarəsinə müraciət edilib. Hazırda məktəbli geyimlərinin tərkibi, təhlükəsizliyi və digər parametrləri üzrə ГОСТ 25294-2003 “Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri” standartı əsasında Komitənin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) analizləri aparılır. Analizlərin nəticələrindən asılı olaraq geyimlərin sertifikatlaşdırılması məsələsinə baxılacaq.

Bundan başqa müəssisə “Məktəbli forması” adlı texniki şərt hazırlanmasını öhdəsinə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR