Bank Of Baku

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan “Müqəddəs Zirvə” adlı sənədli filmin təqdimat mərasimi keçiriləcək

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan “Müqəddəs Zirvə” adlı sənədli filmin təqdimat mərasimi keçiriləcək
# 21 sentyabr 2010 10:20 (UTC +04:00)
Bakı-APA. Sentyabrın 22-də “Azərbaycan Dövlət Film Fondunun” kinozalında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə ithaf olunmuş “Müqəddəs Zirvə” adlı sənədli filmin təqdimat mərasimi keçiriləcək. APA-nın xəbərinə görə, millət vəkili Qənirə Paşayevanın və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin dəstəyi ilə çəkilən filmin rejissoru Etibar Məmmədov, redaktoru Günel Paşayeva, baş məsləhətçisi isə millət vəkili Qənirə Paşayevadır. “Müqəddəs Zirvə” sənədli filmində Mübariz İbrahimovun həyatı və döyüş yolundan bəhs olunur. Filmdə Milli Qəhrəmanın valideynləri, yaxınları, həmçinin Daxili Qoşunlarda və Milli Orduda əsgər yoldaşları, komandirlərinin fikirləri öz əksini tapıb. Mübariz İbrahimovun Vətən, Qarabağ haqqında düşüncələri də filmdə xüsusi yer tutur.
Qeyd edək ki, elə həmin tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə ithaf edilmiş, sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi əməkdar artisti Tünzalə Ağayevaya məxsus “Şəhidim” musiqi kompozisiyasının təqdimatı da keçiriləcək.
Tədbirdə Mübariz İbrahimovun valideynləri, döyüş yoldaşları, millət vəkilləri, Azərbaycan ictimaiyyətinin görkəmli nümayəndələri, gənclər iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR