Bank Of Baku

Sabah Azərbaycanda beynəlxalq səhiyyə sərgisi başlayır

Sabah Azərbaycanda beynəlxalq səhiyyə sərgisi başlayır
# 21 sentyabr 2010 10:32 (UTC +04:00)
APA-nın məlumatına görə, səhiyyə sərgisinin layihə meneceri Elmira Ağayeva bununla bağlı bu gün keçirilən mətbuat konfransında qeyd edib ki, sərgidə 19 ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, Almaniya, Rusiya, Ukrayna, Kanada, İtaliya və s., 105 şirkət iştirak edəcək. Bu il sərgi iştirakçılarının sayı ötən illə müqayisədə 15% artıb. Sərgidə yerli və xarici iştirakçı şirkətlər ən yeni tibb və laboratoriya avadanlıqları, proqram təminatı, tibbi mebel, sterilizə avadanlıqları təqdim edəcəklər. Əczaçılıq sektoru Rusiya, Ukrayna və Belarus təmsilçiləri tərəfindən geniş şəkildə təqdim olunacaq. Polşa və Almaniya şirkətləri xaricdə müalicə ilə bağlı stend nümayiş etdirəcəklər.

Üç gün davam edəcək sərgidə ilk dəfə olaraq bio-səhiyyə, nüvə səhiyyəsi, səhiyyədə nanotexnologiyalar kimi yüksək texnoloji səhiyyə sektorları təqdim ediləcək.

Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi çərçivəsində sentyabrın 23-də «Dünya nailiyyəti fonunda stomatologiyanın aktual problemləri» mövzusunda XVI Beynəlxalq Stomatoloji Konfrans keçiriləcək.

IV Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Təbabət Sərgisində estetik təbabət, makiyaj, tatuaj üçün nəzərdə tutulmuş avadanlıqlar, kosmetika avadanlıqları aromaterapiya, mezoterapiya və s. üzrə bölmələr təqdim olunacaq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə belə sərgilərin keçirilməsini səhiyyə sahəsinin inkişafı üçün önəmli olduğunu deyib. Onun sözlərinə görə, 2006-cı ildən indiyədək ölkədə 400-dən artıq tibb müəssisəsi tikilərək istifadəyə verilib. Bütün yeni müəssisələr müasir avadanlıqlarla təchiz edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR