Bank Of Baku

“Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı” işıq üzü görüb

“Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı” işıq üzü görüb
# 21 sentyabr 2010 10:37 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tövsiyəsi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsinin Bioresurslar İnstitutu və Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı” işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya verilən məlumata görə, kitabın tərtibçiləri AMEA-nın müxbir üzvü Tariyel Talıbov və biologiya elmləri doktoru Əliyar İbrahimovdur. Kitaba muxtar respublika ərazisində bitən 200 nadir bitki növü daxil edilib. 678 səhifəlik kitab “Əcəmi” nəşriyyat poliqrafiya birliyində çap olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR