Bank Of Baku

Bakıda beynəlxalq münasibətlər üzrə alimlərin 1-ci illik simpoziumu keçiriləcək

Bakıda beynəlxalq münasibətlər üzrə alimlərin 1-ci illik simpoziumu keçiriləcək
# 21 sentyabr 2010 10:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Oktyabrın 22-23-də Bakıda beynəlxalq münasibətlər üzrə alimlərin 1-ci illik simpoziumu keçiriləcək. Bu barədə APA-ya “İrəli” İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib. Simpoziuma xarici ölkə vətəndaşlarının müraciəti üçün nəzərdə tutulan vaxt artıq başa çatıb. Azərbaycanlı tələbələrin müraciəti isə hələ də davam edir.

Simpozium Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Dillər Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti, Londonun Konfliktlər və Dövlət Quruculuğu üzrə Məlumat Şəbəkəsi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Simpoziumda iştirak edəcək tədqiqatçıların təqdim edəcəkləri məqalələr kitab şəklində çap edilərək dünyanın bütün aparıcı elm və beyin mərkəzlərinə, kitabxanalara göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR