Bank Of Baku

“Azəriqaz” Səhiyyə Nazirliyini və Respublika Psixiatriya Xəstəxanasını məhkəməyə verib

“Azəriqaz” Səhiyyə Nazirliyini və Respublika Psixiatriya Xəstəxanasını məhkəməyə verib
# 21 sentyabr 2010 12:22 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi (İB) Azərbaycan Respublikası Təhsil Nazirliyini və 1 saylı Respublika Psixiatriya Xəstəxanasını məhkəməyə verib. APA-nın xəbərinə görə, ilk olaraq istehsalat birliyi 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edərək, nazirliyin və xəstəxananın işlədilən təbii qazın dəyərini ödəmədiyini bildirib. İddiada borcun ümumilikdə 23 min manat olduğu göstərilib. Lakin iddia təmin olunmayıb. İstehsalat Birliyi birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti verib. Apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası bu gün keçirilib. Prosesdə məhkəmə baxışının vaxtı sentyabrın 24-nə təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR