Bank Of Baku

ABŞ-ın dəstəyi ilə İmişli və Saatlıda tibb məntəqələri təmir olunub

ABŞ-ın dəstəyi ilə İmişli və Saatlıda tibb məntəqələri təmir olunub
# 21 sentyabr 2010 14:40 (UTC +04:00)
Saatlı, İmişli. Əlibəy Zeynallı – APA. ABŞ-ın “Counterpart İnternational” humanitar şirkəti və ABŞ-ın Azərbaycandakı səfirliyinin yardımı ilə İmişli və Saatlıda “İcma və humanitar yardım proqramı” çərçivəsində tibb məntəqələri müasir standartlara uyğun təmir edilərək istifadəyə verilib. Saatlı rayon İcra Hakimiyyətindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Saatlının Dədə Qorqud kəndində yeni tibb məntəqəsi, İmişlinin Otuzikilər kəndində isə mama-ginekologiya məntəqəsi təmir edilib.

Tibb məntəqələrinin açılışına ABŞ səfirliyinin, “Counterpart İnternational”ın nümayəndələri, rayon rəsmiləri qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR