Bank Of Baku

Qırğızıstanın gənclərlə iş üzrə naziri “İrəli” İctimai Birliyinin rəhbərliyi ilə görüşüb

Qırğızıstanın gənclərlə iş üzrə naziri “İrəli” İctimai Birliyinin rəhbərliyi ilə görüşüb
# 21 sentyabr 2010 15:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycanda səfərdə olan Qırğızıstanın gənclərlə iş üzrə naziri Aliyasbek Alımkulov “İrəli” İctimai Birliyinin rəhbərliyi ilə görüşüb. APA-nın xəbərinə görə, “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı təmsil etdiyi qurumun məqsəd və məramı, fəaliyyəti, gənclərlə iş, beynəlxalq təşkilatlarla münasibətləri, biznes strukturları ilə əlaqələri barədə qonağa ətraflı məlumat verib. C. Osmanlı deyib ki, birlik gəncləri maraqlandıran və maarifləndirən sahələrdə layihələr həyata keçirir, 60-a yaxın beynəlxalq təşkilatla sıx əlaqələr saxlayır.

A. Alımkulov isə bildirib ki, Azərbaycanda gənclər siyasəti ilə bağlı uğurlu addımlar atılıb. Azərbaycanın gənclər sektorundakı təcrübəsini öyrənmək istədiklərini söyləyən nazir təmsil etdiyi qurumun yeni təsis olunduğunu xatırladıb. O, Qırğızıstanın ağır keçid mərhələsində olduğunu vurğulayıb: “Hazırda bizim ölkəmiz çox faciəli dövrünü yaşayır. Çoxlu sayda gənclərimiz baş verən inqilab zamanı dünyasını dəyişib, bir çoxları isə yaralı vəziyyətdədir. Bu inqilabı da gənclər edib. Bizim də məqsədimiz odur ki, qardaş ölkələrin təcrübəsini öyrənib Qırğızıstanda tətbiq edək”.

Sonra “İrəli” İctimai Birliyinin sədri və rəhbər üzvləri A. Alımkulovun təşkilatın fəaliyyəti ilə bağlı suallarını cavablandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR