Bank Of Baku

Bu il Azərbaycana hər gün orta hesabla 4 865 xarici vətəndaş gəlib

Bu il Azərbaycana hər gün orta hesabla 4 865 xarici vətəndaş gəlib
# 22 sentyabr 2010 07:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci yarısında Azərbaycan sərhədini keçən vətəndaşların sayı 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 23% artaraq 4 483,9 min nəfər olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, onların 49,7%-ni xarici ölkələrdən Azərbaycana gələnlər, 50,3%-ni isə xarici ölkələrə gedən şəxslər təşkil edib. Sərhədi keçənlərin 61%-i Azərbaycan, 12,3%-i Rusiya, 10,1%-i Gürcüstan, 7,6%-i İran, 4,8%-i Türkiyə, 0,6%-i Ukrayna, 0,6%-i Böyük Britaniya, 0,3%-i Qazaxıstan, 0,3%-i ABŞ, 0,2%-i Almaniya, 2,2%-i isə digər ölkələrin vətəndaşları olub.

Eyni zamanda, 2010-cu ilin birinci yarısında Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı əvvəlki illin müvafiq dövrü ilə müqayisədə 102,2 min nəfər və ya 11,3% artaraq 885,5 min nəfər olub ki, onların 288,8 min nəfəri Rusiya, 221,8 min nəfəri Gürcüstan, 173 min nəfəri İran, 106,9 min nəfəri Türkiyə, 13,2 min nəfəri Ukrayna, 12,7 min nəfəri Böyük Britaniya, 7,2 min nəfəri Qazaxıstan, 6,1 min nəfəri ABŞ, 4,9 min nəfəri Almaniya, 50,9 min nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə gələn Türkiyə vətəndaşlarının sayı 29,9%, Rusiyanın - 22,7%, İranın - 12,9%, Qazaxıstanın - 11%, Ukraynanın - 6,4%, Almaniyanın - 4,3%, ABŞ-ın - 2,7% artıb, Böyük Britaniyanın - 1,9%, Gürcüstan vətəndaşlarının sayı isə 0,6% azalıb.

Bu dövr ərzində Azərbaycana gələn xarici ölkə vətəndaşlarının 320,6 min nəfəri (36,2%-i) MDB-yə üzv ölkələrin, 34,9 min nəfəri (3,9%-i) Avropa İttifaqı ölkələrinin və 530 min nəfəri (59,9%-i) digər ölkələrin vətəndaşları olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 21,3%, Avropa İttifaqı ölkələrindən gələnlərin sayı isə 10% artıb.

Cari ilin birinci yarısında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 325,6 min nəfər və ya 30,5% artaraq 1,392 mln. nəfər olub.

Qeyd edək ki, bu dövrdə Azərbaycana hər gün orta hesabla 4 865 xarici ölkə vətəndaşı gəlib və 7 649 Azərbaycan vətəndaşı xarici ölkələrə gedib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR