Bank Of Baku

Azərbaycanda beynəlxalq səhiyyə sərgisi açılıb - FOTOSESSİYA

Azərbaycanda beynəlxalq səhiyyə sərgisi açılıb - <font color=red>FOTOSESSİYA</font>
# 22 sentyabr 2010 08:40 (UTC +04:00)
APA-nın məlumatına görə, sərginin açılışında çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, sərgidə 19 ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, Almaniya, Rusiya, Ukrayna, Kanada, İtaliya və s., 105 şirkət iştirak edir. Bu il sərgi iştirakçılarının sayı ötən illə müqayisədə 15% artıb. Sərgidə yerli və xarici iştirakçı şirkətlər ən yeni tibb və laboratoriya avadanlıqları, proqram təminatı, tibbi mebel, sterilizə avadanlıqları təqdim edirlər. Nazir müavini bu sərginin səhiyyə sahəsinin inkişafı üçün önəmli olduğunu deyib.

E. Ağayev qeyd edib ki, son illərdə Azərbaycanda yeni tibb müəssisələri yaradılıb.

«Iteca Caspian»ın direktori Fərid Məmmədov isə bildirib ki, sərgidə əczaçılıq sektoru Rusiya, Ukrayna və Belarus təmsilçiləri tərəfindən geniş şəkildə təqdim olunub. Polşa və Almaniya şirkətləri xaricdə müalicə ilə bağlı stend nümayiş etdirir.

Üç gün davam edəcək sərgidə ilk dəfə olaraq bio-səhiyyə, nüvə səhiyyəsi, səhiyyədə nanotexnologiyalar kimi yüksək texnoloji səhiyyə sektorları təqdim edilib.

Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi çərçivəsində sentyabrın 23-də «Dünya nailiyyəti fonunda stomatologiyanın aktual problemləri» mövzusunda XVI Beynəlxalq Stomatoloji Konfrans keçiriləcək.

IV Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Təbabət Sərgisində estetik təbabət, makiyaj, tatuaj üçün nəzərdə tutulmuş avadanlıqlar, kosmetika avadanlıqları aromaterapiya, mezoterapiya və s. üzrə bölmələr təqdim olunub.

Sərgi sentyabrın 24-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR