Bank Of Baku

Səhiyyə nazirinin müavini: “Dərman zəhərlənmələri dərmanların keyfiyyətindən yox, intihar məqsədilə çox qəbul olunmasından qaynaqlanır”

Səhiyyə nazirinin müavini: “Dərman zəhərlənmələri dərmanların keyfiyyətindən yox, intihar məqsədilə çox qəbul olunmasından qaynaqlanır”
# 22 sentyabr 2010 09:54 (UTC +04:00)
O bildirib ki, özünə qəsd etmək üçün mütəmadi olaraq dərmanlardan istifadə etmək istəyənlər də olur: “Bilirsiniz ki, dərman öz dozasında dərmandır. Amma çox miqdarda olduqda zəhərdir. Ona görə də özünə qəsd etmək üçün dərmanlardan istifadə edilir. Amma dərmanın keyfiyyətsizliyi ilə əlaqədar zəhərlənmələrin baş verməsi barədə Səhiyyə Nazirliyinə məlumat daxil olmayıb”.

Nazir müavini Səhiyyə Nazirliyi tərəfindən özəl klinikaların və əczaçılıq şirkətlərinin fəaliyyətinə nəzarət olunduğunu söyləyib: “Bu, son nəticədə xalqımızın sağlamlığının qorunmasına xidmət edir. Lisenziyası olmayan və yaxud şəraiti müasir standartlara cavab verməyən şirkətlərin fəaliyyəti müvəqqəti dayandırılır. Onlar öz şəraitlərini normallaşdırdıqdan sonra Səhiyyə Nazirliyinin komissiyası tərəfindən yenidən bu məsələyə baxılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR