Bank Of Baku

Hamlet İsaxanlı Xəzər Universitetinin rektoru vəzifəsindən gedib

Hamlet İsaxanlı Xəzər Universitetinin rektoru vəzifəsindən gedib
# 22 sentyabr 2010 11:08 (UTC +04:00)
Bu barədə APA-ya Xəzər Universitetinin təsisçisi-qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı məlumat verib. Onun sözlərinə görə, yeni rektor Amerika Dövlət Universitetində çalışmış professor John Rayderdir.

Yeni rektor bu vəzifəyə universitetin Direktorlar və Qəyyumlar Şurası tərəfindən təyin edilib. J. Rayder artıq yeni dərs ilinin əvvəlindən fəaliyyətə başlayıb.

H. İsaxanlı deyib ki, bu ilin yanvarında Xəzər Universitetinin saytında yeni rektor seçilməsi üçün elan verilib. Bu məsələ ilə əlaqədar ABŞ, Türkiyə, Kanada, Almaniya, Norveç, Hindistan, Azərbaycan və digər ölkələrdən müraciətlər daxil olub.

Sabah isə H. İsaxanlı bu məsələ ilə əlaqədar keçirəcəyi mətbuat konfransında J. Rayderi də mətbuat nümayəndələrinə təqdim edəcək. H. İsaxanlı rektor dəyişikliyinin səbəblərini də mətbuat konfransında açıqlayacağını bildirib.

Qeyd edək ki, Xəzər Universiteti 1991-ci ilin mart ayının 18-də təsis edilib, rektoru və qurucusu Hamlet İsaxanlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR