Bank Of Baku

“Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası” təsdiqlənib

“Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası” təsdiqlənib
# 22 sentyabr 2010 11:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nı təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalar ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın əlavə təhsilinin istiqamətini, məzmununu, formasını, təşkilini və onlara müvafiq sənədin verilməsi qaydalarını müəyyən edir. Sənədə əsasən əlavə təhsil müəssisələrinə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər tərəfindən təsis edilən müəssisələr (universitetlər, institutlar, mərkəzlər və s.) aid edilib.

Təsdiq olunmuş qaydalara əsasən təhsil müəssisələrinin rəhbər, inzibati-təsərrüfat və pedaqoji heyəti üçün informasiya və kommunikasiya texnologiyaları proqramları üzrə təşkil olunan treninqlər dövlət büdcəsindən maliyyələşən təhsil müəssisələrində həyata keçirilir.

Qaydalarda ixtisasartırma təhsili və onun formaları, ixtisasartırma proqramları, ixtisasartırma təhsilinin kredit sistemi, təhsil haqqında sənədin verilməsi, doldurulması və uçotu, kadrların yenidənhazırlanma təhsili, yenidənhazırlanma təhsilinin məzmunu və formaları, stajkeçmə və kadrların təkmilləşdirilməsi təhsili, təkrar ali təhsil və orta ixtisas təhsili, onun formaları, dərəcələrin yüksəldilməsi təhsili, yaşlıların təhsili, əlavə təhsilin maliyyələşdirilməsi və s. məsələlər əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR