Bank Of Baku

AVCİYA və Avropa İttifaqı nümayəndələri görüşübslər

AVCİYA və  Avropa İttifaqı nümayəndələri görüşübslər
# 23 sentyabr 2010 07:12 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı parlament seçkiləri ilə əlaqədar beynəlxalq təşkilatlarla əməkdaşlığını daha da genişləndirmək məqsədilə görüşləri davam etdirir. Növbəti görüş AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı ilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi məsələlər üzrə mütəxəssisi Manfredas Limantas arasında keçirilib. AVCİYA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ölkədəki ictimai - siyasi vəziyyət, beynəlxalq təşkilatlarla əməkdaşlıq, seçki qanunvericiliyi, Avropa Şurası Venesiya Komissiyasının təklifləri, AVCİYA Seçki Qərargahını parlament seçkiləri ilə əlaqədar gördüyü işlər, assosiasiyanın regional ofislərinin fəaliyyəti və s. məsələlər geniş müzakirə edilib.
Görüşdə əməkdaşlığın daha da genişləndirilməsi, informasiya mübadiləsinin təşkili və s. məslələr barədə razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR