Bank Of Baku

Ərciyəz Universitetində Səlcuq imperiyasına həsr olunmuş beynəlxalq simpozium keçiriləcək

Ərciyəz Universitetində Səlcuq imperiyasına həsr olunmuş beynəlxalq simpozium keçiriləcək
# 23 sentyabr 2010 12:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyənin Kayseri şəhərində Səlcuq imperiyasına həsr olunmuş beynəlxalq simpozium keçiriləcək. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, simpoziumda 28 ölkədən 170 elm adamının iştirak edəcəyi nəzərdə tutulur. Kayserinin Ərciyəs Universitetinin ev sahibliyi edəcək simpoziumun hazırlıqlarına 18 ay öncə başlanılıb. Simpoziumun təşkilində məqsəd tarix, mədəniyyət və dini dəyələrini daşıyan ölkələrin elm adamlarını bir araya gətirməkdir. Sentyabrın 27-dən 30-na kimi davam edəcək beynəlxalq simpoziumda Azərbaycanın da elm adamları təmsil olunacaq. Ölkəmizlə yanaşı, bu simpoziuma Əfqanıstan, Başqırdıstan, Dağıstan, Əlcəzair, Fələstin, İraq, İran, İsrail, Qazaxıstan, Amerika və Hollandiyadan alimlərin iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR