Bank Of Baku

Umud Rəhimoğlu BMT-nin zirvə toplantısı çərçivəsində təşkil olunan dəyirmi masalarda iştirak edib

Umud Rəhimoğlu BMT-nin zirvə toplantısı çərçivəsində təşkil olunan dəyirmi masalarda iştirak edib
# 23 sentyabr 2010 14:47 (UTC +04:00)
Bakı-APA. BMT Baş Assambleyasının 65-ci sammitinin zirvə toplantısında qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri də iştirak edib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) informasiya departamentindən APA-ya verilən məlumata görə, qurumun sədri Umud Rəhimoğlu bildirib ki, üzv dövlətləri dövlət başçılarının qatıldığı sammit 2015-ci ildə Minilliyin İnkişaf Məqsədinə nail olmaq üçün əsas imkanların, fikirlərin bölüşdürülməsinin və kollektiv fəaliyyət göstərmənin yollarını müəyyənləşdirən toplantı olub: “Sammitdə kasıbçılıq, aclıq və gender bərabərliyi, səhiyyə və təhsil məsələləri, dayanıqlı inkişafa dəstək, təxirəsalınmaz məsələlərə müraciət və mümkün yanaşma, zəif qrupların əsas ehtiyaclarına diqqət yetirmək, tərəfdaşlığı genişləndirmək və gücləndirmək məsələləri ətrafında müzakirələr aparılıb”.
BAMF sədri sammit çərçivəsində təşkil olunan “Dayanıqlı inkişafa dəstək” və “Tərəfdaşlığı genişləndirmək və gücləndirmək” adlı dəyirmi masalarda iştirak edib.
Qeyd olunub ki, BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) ilə sıx əlaqədə olan qeyri-hökumət təşkilatlarından biri kimi zirvə toplantısına BAMF sədri ilə yanaşı qurumun departament rəhbəri İfeanyichukvu Nvolisa da dəvət alıb. ECOSOC-un xüsusi məşvərətçi statuslu üzvü olan BAMF təmsilçilərinin ABŞ Dövlət Departamentində və ABŞ-da yerləşən bir çox vətəndaşı cəmiyyəti təşkilatları ilə görüşü planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR