Bank Of Baku

Sumqayıtda əmək yarmarkası keçiriləcək

Sumqayıtda əmək yarmarkası keçiriləcək
# 24 sentyabr 2010 07:37 (UTC +04:00)
Bakı - APA-Economics. 2010-cu ilin oktyabr ayının 8-də Sumqayıt Paralimpiya İdman Kompleksində növbəti “Əmək yarmarkası”nın keçirilməsi nəzərdə tutulub.

Sumqayıt şəhər İcra Hakimiyyətindən “APA-Economics”ə verilən məlumata görə, aktiv məşğulluq tədbirlərindən kütləviliyi ilə xüsusi fərqlənən “Əmək yarmarkası” Sumqayıt ŞİH-in başçısı Vaqif Əliyevin sərəncamına əsasən təşkil olunacaq.

Yarmarkaya hazırlıqla bağlı 600-dən çox işəgötürən müəssisə, firma və şirkətlərlə əlaqə yaradılıb. Hazırlıq işlərinin ilkin nəticələrinə görə yarmarkaya 2800-ə yaxın boş iş yerləri təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR