Bank Of Baku

Stokholm Biznes Tarix Mərkəzi ilə Azərbaycanın Milli Arxiv İdarəsi arasında elmi əməkdaşlıq haqqında razılaşma imzalanıb

Stokholm Biznes Tarix Mərkəzi ilə Azərbaycanın Milli Arxiv İdarəsi arasında elmi əməkdaşlıq haqqında razılaşma imzalanıb
# 24 sentyabr 2010 09:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Stokholm Biznes Tarix Mərkəzi ilə Azərbaycanın Milli Arxiv İdarəsi arasında elmi əməkdaşlıq haqqında razılaşma imzalanıb. Milli Arxiv İdarəsinin təşkilat-metodiki və beynəlxalq əlaqələr şöbəsinin müdiri Kamal Ağayev APA-ya bildirib ki, razılaşmanı Azərbaycan tərəfindən Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev, İsveç tərəfindən isə Biznes Tarix Mərkəzinin direktoru Aleksandr Hasbey imzalayıb.

Onun sözlərinə görə, Milli Arxiv Fondunda “Nobel qardaşları”na aid çoxsaylı arxiv sənədləri və foto materiallar qorunub saxlanılır. Stokholm Biznes Tarix Mərkəzi Azərbaycanın Milli Arxiv Fondunda mühafizə edilən həmən sənədlərin müəyyən qismini gələcəkdə yaradılacaq veb sayta yerləşdirmək niyyətindədir. Bu məqsədlə bu ilin sentyabr ayında Milli Arxiv İdarəsinin rəsmiləri Stokolmun Biznes Tarix Mərkəzinin dəvəti ilə İsveçdə işgüzar səfərdə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR