Bank Of Baku

Səhiyyə Nazirliyinin sektor müdiri: “Qərbi Nil xəstəliyinin Azərbaycana keçməyəcəyinə heç kim zəmanət vermir”

Səhiyyə Nazirliyinin sektor müdiri: “Qərbi Nil xəstəliyinin Azərbaycana keçməyəcəyinə heç kim zəmanət vermir”
# 24 sentyabr 2010 09:34 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Qərbi Nil xəstəliyinin Azərbaycana keçməyəcəyinə heç kim zəmanət vermir, verə bilməz”. Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov deyib. O bildirib ki, nazirlik bu xəstəliklə mübarizə məqsədilə xüsusi tədbirlər planı hazırlamayıb: “Biz konkret xəstəliklər üzrə deyil, ümumilikdə epidemioloji vəziyyətə nəzarət üçün tibbi-profilaktik tədbirlər görürük”.

Qeyd edək ki, qızdırma xəstəliyi olan Qərbi Nil ağcaqanadlar vasitəsilə yayılır. Virus beyin və əsəb sistemini sıradan çıxarır. Xəstəliyə qarşı dərman hələlik yoxdur. Virusun inkişaf dövrü 5 gündür. Xəstəliyin inkubasiya dövrü 2 gündən 3 həftəyədək davam edir. Qızdırma 5-7 gün davam edir, daha çox şiddətli baş və göz ağrıları olur. Xəstəlik müddətində ona yoluxan şəxsin hərarəti sürətlə yüksələrək 38-40 dərəcəyə çatır. Virus uşaqlar və 50 yaşdan yuxarı şəxslər üçün daha təhlükəlidir. Xəstəlik ilk dəfə Rusiyanın cənubunda müşahidə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR