Bank Of Baku

Azərbaycan ərazisində buludlu və yağmurlu hava şəraiti davam edəcək

Azərbaycan ərazisində buludlu və yağmurlu hava şəraiti davam edəcək
# 24 sentyabr 2010 09:39 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gündüz 22-24, axşam 18-20 dərəcə isti olacaq.

Sentyabrın 25-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Gecə 15-17, gündüz 22-25 dərəcə isti olacaq.

Sentyabrın 26-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Gecə 15-17, gündüz 21-24 dərəcə isti olacaq.

Sentyabrın 27-də havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Gecə 14-16, gündüz 23-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 24-dən 25-ə keçən gecə bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı, sentyabrın 25-də gün ərzində isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Gecə 14-18, gündüz 23-28, dağlarda gecə 7-11, gündüz 13-18 dərəcə isti olacaq.

Sentyabrın 26-27-də şimşək çaxacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Sentyabrın 27-də gündüz, hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 13-17, gündüz 22-27, dağlarda gecə 7-11, gündüz 13-18 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR