Bank Of Baku

MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının Azərbaycanda keçiriləcək 8-ci iclasının gündəliyi açıqlanıb

MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının Azərbaycanda keçiriləcək 8-ci iclasının gündəliyi açıqlanıb
# 24 sentyabr 2010 12:25 (UTC +04:00)
Bakı – APA. Müstəqil Dövlətlər Birliyinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının (MDB MORŞ) növbəti - 8-ci iclasının bu il sentyabrın 29-da Bakıda keçirilməsi planlaşdırılır. Azərbaycan Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə MDB iştirakçı dövlətlərində miqrasiya sahəsində vəziyyətin, “MDB iştirakçı dövlətlərinin 2009-2011-ci illər üçün qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə” Proqramın icrasının, “MDB iştirakçı dövlətlərinin 2012-2014-cü illər üçün qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə” Proqramın hazırlanmasına dair təkliflərin və bu kimi digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR