Bank Of Baku

Lənkəranda əmək yarmarkası keçirilib

Lənkəranda əmək yarmarkası keçirilib
# 24 sentyabr 2010 13:26 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran şəhər İcra Hakimiyyəti (ŞİH) və rayonun Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə sentyabrın 24-də Lənkəran Dövlət Universitetinin foyesində sayca XIII əmək yarmarkası keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Baş Məşğulluq Mərkəzinin (BMM) baş məsləhətçisi Kamil Həsənov, Lənkəran ŞİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Rüstəm Qurbanov və Lənkəran rayon Məşğulluq Mərkəzinin direktoru Rahib Quliyev çıxış edərək, son illər dövlət tərəfindən ölkə əhalisinin məşğulluq probleminin həlli istiqamətində həyata keçirilən layihələrdən danışıblar.

Daha sonra yarmarkaya rayonun 42 idarə, müəssisə və təşkilatından 470 boş iş yeri çıxarılıb. Təklif edilən iş yerlərinin 83-ü qulluqçu, 37-si fəhlə, 11-i xidmət sahəsinə aid olub Əmək yarmarkasında qarşılıqlı razılaşmaya əsasən 120 nəfərə yaxın işaxtarana işə qəbul üçün göndəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR