Bank Of Baku

Gəncədə ali və orta məktəblərin yeməkxanalrında monitorinqlər aparılır

Gəncədə ali və orta məktəblərin yeməkxanalrında monitorinqlər aparılır
# 24 sentyabr 2010 16:47 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncə şəhər Gigiyena və Epidemologiya Mərkəzi tərəfindən şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərin yeməkxanalrında monitorinqlərin aparılmasına başlanılıb. Gəncə şəhər Gigiyena və Epidemologiya Mərkəzinin Qidalanma Gigiyenası Şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, aparılan cari dövlət sanitar nəzarətində əsas diqqət yeməkxanalarda sanitar normaların qorunub-qorunmamasına yönəldilib. Monitorinqlər zamanı təhsil müəssisələrində sanitar normalara cavab verməyən, lazımi avadanlıqlarla təmin olunmayan, daimi axar suyu olmayan yeməkxanaların fəaliyyəti dayandırılacaq.
Monitorinqlər bir ay davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR