Bank Of Baku

Bu il Sumqayıtda 700 nəfər işlə təmin edilib

Bu il Sumqayıtda 700 nəfər işlə təmin edilib
# 27 sentyabr 2010 08:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin və Baş Məşğulluq İdarəsinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Sumqayıt şəhərində əhalinin məşğulluğunun gücləndirilməsi istiqamətində bir sıra aktiv tədbirlərin görülməsinə nail olunub.

Sumqayıt şəhər İcra Hakimiyyətindən «APA-Economics»ə verilən məlumata görə, belə ki, şəhər üzrə 2010-cu ilin ötən dövrü ərzində 9 075 nəfər işaxtaran qeydiyyatda olub, onlardan işsiz vətəndaşların sayı 610-dur. Hər ay şəhər Məşğulluq Mərkəzinə müraciət edənlərin sayı orta hesabla 400-470 nəfər, qeydiyyata düşənlərin sayı isə 280-300 nəfər təşkil edir. Bu dövr ərzində 700 nəfər işlə təmin edilib, 210 nəfər peşə kurslarına cəlb olunub. «Əmək birjası» tərəfindən 550-yə yaxın vətəndaş müvəqqəti işlərə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR