Bank Of Baku

Azərbaycan Düşənbədə keçiriləcək beynəlxalq elmi-praktiki konfransda iştirak edəcək

Azərbaycan Düşənbədə keçiriləcək beynəlxalq elmi-praktiki konfransda iştirak edəcək
# 27 sentyabr 2010 11:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tacikistan Elmlər Akademiyası MDB iştirakçısı ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun dəstəyi ilə sentyabrın 29-30-da Düşənbədə beynəlxalq elmi-praktiki konfrans keçirəcək. Bu barədə APA-ya həmin tədbirdə ölkəmizi təmsil edəcək Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti Arif Həşimov məlumat verib. O bildirib ki, tədbir astro-kosmik faktorlar nəzərə alınmaqla, təbii sistemlərin tədqiqatına həsr olunub. Beynəlxalq konfransın keçirilməsində əsas məqsəd Rusiya və Tacikistanın birgə təsis etdiyi “Pamir-Çakaltay” Beynəlxalq Elmi Araşdırmalar Mərkəzinin innovativ potensialından MDB dövlətlərinin səmərəli istifadə etməsini müzakirə etməkdir.
Konfransda MDB-nin Elmlər akademiyalarının, elm və təhsil müəssisələrinin, hökumətlərarası və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR