Bank Of Baku

Yaponiya hökuməti Azərbaycanda daha 7 layihəyə qrant ayıracaq

Yaponiya hökuməti Azərbaycanda daha 7 layihəyə qrant ayıracaq
# 27 sentyabr 2010 12:02 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçiriləcək 7 layihə üzrə qrant müqavilələri imzalanacaq. Yaponiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, imzalanma mərasimi sentyabrın 28-də keçiriləcək.

Ümumi dəyəri 643 min 590 ABŞ dolları olan bu layihələrdə İsmayıllının iki kəndində içməli su təchizatı, rayonun Zogəri kəndində uşaq bağçasının tikintisi, Kürdəmirin Şahbəyli kəndində Balakəngərli məktəbinin tikintisi, Göyçay rayonunda ilkin təcili tibbi yardım stansiyasının əsaslı təmiri, Füzuli rayonunun Araz Dirəgərdə kəndinin içməli su və suvarma sisteminin təkmilləşdirilməsi, Qazax rayonunun Məzəm kəndində içməli su təchizatı və Şəkinin Qurcanaçay su təchizat sisteminin yenidən qurulması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR