Bank Of Baku

Alman ekoloqların iştirakı ilə Sumqayıtda seminar keçiriləcək

Alman ekoloqların iştirakı ilə Sumqayıtda seminar keçiriləcək
# 28 sentyabr 2010 09:13 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Sabah Sumqayıtda ekoloji tərbiyə məqsədilə “Torpaq və Su modulu” adlı seminar keçiriləcək.

Sumqayıt şəhər İcra Hakimiyyətindən “APA-Economics”ə verilən məlumata görə, seminar Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsi çərçivəsində Alman dili Mərkəzində baş tutacaq.

Sumqayıtın Almaniyadan partnyor şəhəri Lüdviqshafenin ekologiya idarəsinin ekspertlərinin iştirakı ilə keçiriləcək seminarda şəhərin orta ümumtəhsil məktəblərinin müəllim və şagirdləri üçün su və torpaqdan hazırlanmış yeni ekoloji sınaqların təqdimatı olacaq. Sumqayıtda səfərdə olan alman mütəxəssislərlə artıq ötən gün ŞİH-də görüş keçirilib, ekoloji tərbiyə sahəsində həyata keçiriləcək layihələr barədə şəhər rəhbərliyinə məlumat verilib.

30 ildən artıqdır qardaşlaşmış şəhər əlaqəsinə malik olan Sumqayıt şəhəri ilə Almaniya Federativ Respublikasının Lüdviqshafen şəhərləri 2002-ci ildən etibarən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsində iştirak edir. Ötən müddətdə layihəyə əsasən alman mütəxəssislərin iştirakı ilə Sumqayıtda şəhər təsərrüfatının idarə olunması, ekologiya, təhsil və bir sıra digər sahələrdə müxtəlif tədbirlər həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR