Bank Of Baku

“Xəzər həftəsi” ilə əlaqədar tədbirlərə start verilib - FOTO

“Xəzər həftəsi” ilə əlaqədar tədbirlərə start verilib - <font color=red>FOTO</font>
# 28 sentyabr 2010 09:26 (UTC +04:00)
Bakı-APA. “Beynəlxalq dəniz həftəsi” ərəfəsində dünyada olduğu kimi Azərbaycanda da “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən hazırlanmış müvafiq tədbirlər planına əsasən müxtəlif kütləvi, maarifləndirici tədbirlərə start verilib və bu gün Buzovna qəsəbəsinin sahil zolağında iməcilik təşkil olunub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iməcilikdə ETSN-in əməkdaşları ilə birgə bələdiyyə, ictimaiyyət, QHT nümayəndələri, o cümlədən məktəblilər də iştirak edib və Buzovna-Mərdəkan çimərlikləri arasındakı 52 hektar ərazini 20 m3-dən artıq bərk məişət və digər növ tullantılardan təmizləyiblər.
Nazirlik “Xəzər həftəsi” çərçivəsində sahil zolağı rayonların yerli icra strukturlarını, eləcə də bütün ictimaiyyət nümayəndələrini keçirilən bu kimi tədbirlərdə fəal iştirak etməyə çağırır.
Nazirlik müvafiq Tədbirlər Planına uyğun olaraq “Xəzər həftəsi” çərçivəsində ictimaiyyətin maarifləndirilməsinə xidmət edən mədəni-kütləvi tədbirləri davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR