Bank Of Baku

Azərbaycanın gənclər və idman naziri Özbəkistanın “Kamolot” təşkilatının nümayəndələri ilə görüşüb

Azərbaycanın gənclər və idman naziri Özbəkistanın “Kamolot” təşkilatının nümayəndələri ilə görüşüb
# 28 sentyabr 2010 10:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda səfərdə olan Özbəkistanın “Kamolot” Gənclər İctimai Hərəkatının nümayəndə heyəti ilə görüşüb. APA-nın məlumatına görə, A. Rəhimov bildirib ki, bu səfər 2009-2010-cu illər üçün Gənclər və İdman Nazirliyi və Özbəkistanın “Kamolot” Gənclər İctimai Hərəkatı arasında gənclər siyasəti sahəsi üzrə imzalanmış əməkdaşlıq planı əsasında reallaşıb.
Bu görüşün Azərbaycan prezidenti İlham Əliyevin Özbəkistana səfər müddətinə təsadüf etdiyini xatırladan nazir iki ölkə arasında tarixi əlaqələrin olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycanda 200-dək müxtəlif gənclər təşkilatları var və dövlət onların fəaliyyətinə lazımı dəstəyi verir.
A.Rəhimov gənclər siyasəti ilə bağlı Özbəkistanın da təcrübəsini öyrənməyi əhəmiyyətli hesab edib.
Öz ölkəsinin gənclər siyasəti barədə məlumat verən “Kamolot”un sədrinin I müavini Firuzə Muxamedcanova deyib ki, Azərbaycanda olduğu müddətdə hər iki ölkənin dövlət gənclər siyasətinin oxşar olduğunu görüb. Azərbaycanın dövlət gənclər siyasətini bəyənən F. Muxamedcanova Azərbaycanla əməkdaşlıq etməyin vacib olduğunu da qeyd edib.
Qeyd edək ki, qonaqların səfəri sentyabrın 30-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR