Bank Of Baku

Yaponiya hökumətinin maliyyələşdirdiyi 7 layihə üzrə qrant müqavilələrinin imzalanması mərasimi keçirilib

Yaponiya hökumətinin maliyyələşdirdiyi 7 layihə üzrə qrant müqavilələrinin imzalanması mərasimi keçirilib
# 28 sentyabr 2010 10:22 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Yaponiya hökumətinin maliyyələşdirdiyi “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardım proqramı çərçivəsində həyata keçiriləcək 7 layihə üzrə qrant müqavilələrinin imzalanması mərasimi keçirilib. APA-nın məlumatına görə, Yaponiyanın Azərbaycandakı səfiri Masamutsi Oki bildirib ki, Yaponiya hökuməti ilə Azərbaycan hökumətinin birgə həyata keçirdiyi bu proqramın 10 ili tamam olur. Səfir deyib ki, bu müddət ərzində ümumi məbləği 10 milyon 34 min 120 ABŞ dolları olan 136 layihə həyata keçirilib. Azərbaycan iqtisadiyyatının yüksək surətlə inkişaf etdiyini söyləyən diplomatın fikrincə, elə insanlar var ki, bu inkişafdan istifadə edə bilmirlər: “Biz Azərbaycan hökuməti ilə birlikdə insanların həyatını yaxşılaşdırmağa çalışırıq”.

Mərasimdə iştirak edən Azərbaycan təhsil nazirinin müavini İsgəndər İsgəndərov Yaponiya hökumətinin Azərbaycanda təhsilin inkişafı üçün böyük işlər gördüyünü, bu sahəyə çox həssas yanaşdığını vurğulayıb.

Ümumi dəyəri 643 min 590 ABŞ dolları təşkil edən layihələrdə İsmayıllının iki kəndində içməli su təchizatı, həmin rayonun Zogəri kəndində uşaq bağçasının tikintisi, Kürdəmirin Şahbəyli kəndində Balakəngərli məktəbinin tikintisi, Göyçay rayonunun ilkin təcili tibbi yardım stansiyasının əsaslı təmiri, Füzuli rayonunun Araz Dirəgərdə kəndinin içməli su və suvarma sisteminin təkmilləşdirilməsi, Qazax rayonunun Məzəm kəndində içməli su təchizatı və Şəkinin Qurcanaçay su təchizat sisteminin yenidən qurulması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR