Bank Of Baku

Bakı Slavyan Universiteti ilə Türkiyənin Qazi Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında yeni protokol imzalanıb

Bakı Slavyan Universiteti ilə Türkiyənin Qazi Universiteti arasında  qarşılıqlı əməkdaşlıq haqqında yeni protokol imzalanıb
# 28 sentyabr 2010 12:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Bakı Slavyan Universiteti (BSU) ilə Türkiyənin məşhur Qazi Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında yeni protokol imzalanıb. APA-nın məlumatına görə, bununla əlaqədar olaraq Qazi Universitetinin rektoru professor Rıza Ayhan, professor İsmet Çetin, professor Rifat Ortac və professor Metin Akdaşla Bakıya gəlib. Tədbirdə çıxış edən BSU-nun rektoru, professor Kamal Abdullayev bildirib ki, bu, Qazi Universiteti ilə BSU arasında 2005-ci ildə qarşılıqlı əməkdaşlıq haqqında imzalanmış müqavilənin yenilənməsi məqsədi daşıyır: “Qazi Universiteti rəhbərliyinin budəfəki gəlişinin əsas məqsədi artıq müqaviləni yeniləşdirmək, yeni əlavələr etməklə Bakı Slavyan Universiteti və Qazi Universiteti arasında qarşılıqlı əməkdaşlığın növbəti yüksək pilləsinə addım atmaqdan ibarətdir”.
Rektor bildirib ki, bu gün imzalanan yeni müqavilə ilə tələbələr, professor və müəllimlər qarşısında çox böyük perspektivlər açılacaq.
Qazi Universitetinin rektoru, professor Rıza Ayhan qurulmuş əlaqələrin genişləndirilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək iqtisadi və ticari əlaqələr ilə yanaşı təhsilin də dövlət siyasətində rolundan danışıb. Rektor bu müqavilənin kağız üzərində qalan sənəd olmayacağını, hər iki universitet arasında təkcə elm, təhsil sahəsində deyil dostluq münasibətlərinin də inkişafında böyük rol oynayacağını vurğulayıb.

Müqaviləsinə əsasən elm və təhsil sahəsində əməkdaşlıqla bərabər BSU-nun professor-müəllim heyətinin Qazi Universitetinin tərkibində fəaliyyət göstərən, dünya standartlarına cavab verən, son texnologiyalarla təchiz edilmiş tibbi klinikasında güzəştli şərtlərlə müayinə və müalicə alması da nəzərdə tutulub.

Qeyd edək ki, BSU artıq Türkiyə Respublikasının Qafqaz Universiteti (Qars), Ankara Universiteti (Ankara), Akdeniz Universiteti (Antalya), İstanbul Kültür Universiteti (İstanbul), Qazi Universiteti (Ankara) və digər təhsil və elm ocaqları ilə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR