Bank Of Baku

Azay Quliyev Jan Lui Lavrofla yeni qrant müsabiqəsinin mövzularını müzakirə edib - FOTO

Azay Quliyev Jan Lui Lavrofla yeni qrant müsabiqəsinin mövzularını müzakirə edib - <font color=red>FOTO</font>
# 28 sentyabr 2010 12:49 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müşaviri Jan Lui Lavrofla Şuranın ofisində görüşüb. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə məqsəd Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin 2010-cu il noyabr ayının 1-də elan edəcəyi qrant müsabiqəsinin mövzularını müzakirə etmək olub.
J. L. Lavrof bu barədə məlumat verərək bildirib ki, qrant müsabiqəsi ətraf mühitin mühafizəsi, insan hüquqları və azadlıqlarının müdafiəsi, demokratik dəyərlərin qorunması, regionların inkişafı, yoxsulluğun azaldılması və başqa bu kimi mövzuları əhatə edəcək.
A.Quliyev mövzuların Şura üçün də aktuallığını vurğulayaraq, ölkə QHT-lərinin mövcud potensialının bu tipli layihələri uğurla həyata keçirməyə imkan verdiyini diqqətə çatdırıb.

Daha sonra iki qurum arasında əməkdaşlığın genişləndirilməsi yolları haqqında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR