Bank Of Baku

Abel Məhərrəmov: “Türkiyənin Azərbaycana göndərdiyi tələbənin diplomunu tanımaması normal hal deyil”

Abel Məhərrəmov: “Türkiyənin Azərbaycana göndərdiyi tələbənin diplomunu tanımaması normal hal deyil”
# 28 sentyabr 2010 15:07 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov Ankara Universitetinin prorektoru Arqun Karacabəy, hüquq fakültəsinin dekanı Mustafa Ağqaya və həmin fakültənin müəllimi Cavid Abdullazadəni qəbul edib. Bu barədə APA-ya BDU-nun mətbuat və informasiya şöbəsindən məlumat verilib. A. Məhərrəmov Türkiyədə hüquq fakültəsi istisna olmaqla, digər fakültələrin diplomlarının tanındığını vurğulayıb: “Türkiyənin Azərbaycana göndərdiyi tələbənin diplomunu tanımaması normal hal deyil. Qardaş ölkə bizim ən yaxşı tələbələrimizi istəyir və onlardan yaxşı mütəxəssis hazırlayırlar. Amma bizə ən zəiflərini göndərir ki, bu da müəyyən problemlər yaradır”.

Təhsil nazirinin müavini Elmar Qasımov müzakirələrin nəticəsi olaraq yaxın vaxtlarda problemin həllinə ümid etdiyini bildirib.

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu da öz növbəsində diplomların tanınmaması məsələsinə önəm verdiklərini, müəyyən işlər gördüklərini və problemin yaxın vaxtlarda həll ediləcəyinə inandığını bildirib.

Ankara Universitetinin prorektoru Arqun Karacabəy də diplomların tanınmamasından danışaraq deyib ki, dərslər arasında çox az fərq var və qısa müddətdə onu aradan qaldırmaq mümkündür.

İrəli sürülən təkliflərlə razılaşan tərəflər qərara alıblar ki, problem tədris proqramlarının yaxınlaşdırılması və ortaq proqramların hazırlanması, birgə dərslik və proqramların yazılması ilə həll oluna bilər. Sonda problemin həlli üçün belə görüşlərin davamlı olması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR