Bank Of Baku

Çexiya parlamentinin nümayəndə heyəti İçəri Şəhərdə olub

Çexiya parlamentinin nümayəndə heyəti İçəri Şəhərdə olub
# 28 sentyabr 2010 16:28 (UTC +04:00)
Bakı-APA. Çexiya Respublikası Senatının Avropa İttifaqı Məsələləri Komitəsinin sədri Ludek Sefziqin rəhbərlik etdiyi nümayəndə heyəti İçəri Şəhərlə tanış olub. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, qonaqların diqqətinə çatdırılıb ki, Bakı şəhəri əvvəllər ancaq İçəri Şəhərdən ibarət olub, daha sonra genişlənərək gördüyümüz möhtəşəm sənaye şəhərinə çevrilib.
Çexiyalı qonaqların İçəri Şəhərdə gəzintisi YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilən, bir neçə min illik tarixə malik Qız Qalası ilə tanışlıqla başlanılıb.
Sıratağlı dini-memarlıq kompleksinin (“Bazar Meydanı”) ərazisindəki daş ekspozisiyanın yenidən təşkili işləri qonaqların marağına səbəb olub.
Buxara Karvansarası ilə tanış olan qonaqlara bu abidənin Azərbaycanın şərq ölkələri ilə zəngin tarixi, iqtisadi-mədəni əlaqələrə malik olmasının göstəricisi olduğu bildirilib. Qonaqların gəzintisi Qoşa Qala meydanı ilə tanışlıqla davam etdirilib, meydan və burada yerləşən qədim binaların inşa tarixi barədə məlumat verilib.

İçəri Şəhərlə tanışlıq dünya əhəmiyyətli tarixi abidə olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə yekunlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR