Bank Of Baku

BQXK-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlarının rəhbərinin Azərbaycan və Ermənistana səfəri başa çatıb

BQXK-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlarının rəhbərinin Azərbaycan və Ermənistana səfəri başa çatıb
# 28 sentyabr 2010 16:49 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Əməliyyatlarının Rəhbəri Paskal Mej Vaqner Ermənistan və Azərbaycana rəsmi səfərini başa vurub. BQXK-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib ki, səfəri zamanı, o hər iki ölkənin müdafiə və xarici işlər nazirlərinin müavinləri ilə görüşüb. Danışıqlar zamanı əsas diqqət BQXK-nın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar regiondakı fəaliyyətinə və roluna yönəldilib.
M. Vaqner deyib ki, BQXK hələ də regiondakı vəziyyətdən narahatdır : “Biz hərbi əsirlərin, saxlanılan mülki şəxslərin və insan cəsədlərinin repatriasiyası ilə əlaqədar bir neytral vasitəçi təşkilat kimi öz rolumuzu izah etmək istəyirdik”.
Səfər zamanı M. Vaqner, həmçinin digər nazirliklərin rəsmiləri və Ermənistanın Qızıl Xaç Cəmiyyəti və Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin prezidentləri ilə də görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR