Bank Of Baku

MDB Dövlətlərarası Şurasının hidrometeorologiya üzrə 22-ci sessiyası Azərbaycanda keçiriləcək

MDB Dövlətlərarası Şurasının hidrometeorologiya üzrə 22-ci sessiyası Azərbaycanda keçiriləcək
# 29 sentyabr 2010 06:46 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sessiyada Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi M. Carro, Ümumdünya Meteorologiya Təşkilatının prezidenti A. Bedritski, MDB ölkələrinin Milli Hitdrometeoroloji Xidmət qurumlarının rəhbərləri, bir sıra beynəlxalq təşkilatların nümayəndələri, həmзinin alim və mütəxəssislər iştirak edəcək.

Sessiyanın gündəliyində Milli Hidrometeoroloji Xidmət qurumlarının MDB və Ümumdünya Meteorologiya Təşkilatı зərзivəsində qarşılıqlı fəaliyyət, iştirakçı ölkələrdə hidrometeoroloji təhlükəsizlik Konsepsiyasının yerinə yetirilməsi, 2006-2010-cu illər ərzində hidrometeoroloji fəaliyyət sahəsində əsas inkişaf istiqamətlərinin həyata keзirilməsi və 2011-2015-ci illər ьзьn oxşar layihələr müzakirə olunacaq.

Eyni zamanda, MDB hökumət başçıları şurası hidrometeorologiya üzrə dövlətlərarası şurasının fəaliyyətinə dair qərarların yerinə yetirilməsinə, hidrometeoroloji fəaliyyətin inkişaf strategiyası layihəsinin hazırlanmasına və onun MDB hökumət başçılarının şurasına təqdim olunmasına, 2011-2015-ci illərdə hidrometeorologiya üzrə əsas elmi tədqiqat işlərinin prioritet istiqamətlərinin müzakirəsinə və bir sıra cari məsələlərə baxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR