Bank Of Baku

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Fəlsəfə və Hüquq İnstitutunun arasında saziş imzalanıb

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə  Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Fəlsəfə və Hüquq İnstitutunun arasında saziş imzalanıb
# 29 sentyabr 2010 09:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Fəlsəfə və Hüquq İnstitutunun arasında “Elm əməkdaşlıq haqqında” saziş imzalanıb. APA-nın məlumatına görə, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə bildirib ki, Mərakeş, Rusiya, Ukrayna fəlsəfə institutları və elmi mərkəzləri ilə sazişlər imzalanıb. Onun sözlərinə görə, bu əməkdaşlıq hər iki ölkənin mütəxəssislərinə böyük fayda verəcək: “Hesab edirəm ki, bizim əməkdaşlarımız nə qədər çox beynəlxalq konfranslarda iştirak etsələr və beynəlxalq jurnallarda məqalələr dərc etdirsələr, bu, Azərbaycan elmi inkişafına bir o qədər səmərə verər. Sibir bölməsində çox tanınmış elmi-fəlsəfi mərkəzlər və jurnallar var. Ona görə də biz hesab edirik ki, bu saziş bizə birgə sosioloji, fəlsəfi işlər aparmağa və layihələr həyata keçirməyə imkan verəcək. Digər tərəfdən, onların mütəxəssislərinin də Azərbaycanın jurnallarında yazı dərc etmələri çox vacibdir. Ona görə ki, alimlər bir-birləri ilə nə qədər çox diskussiya aparsalar, bu, elmin inkişafına bir o qədər fayda verər. Elmi əlaqələrin qurulması yalnız elmin inkişafına kömək etmir, həm də elmin idarə edilməsində yeni üsulların tətbiqinə imkan yaradır”.

Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Fəlsəfə və Hüquq İnstitutunun elmi işlər üzrə müavini Yuri Vladimiroviç isə bildirib ki, əvvəllər onların təmsil etdikləri qurumlar arasında əməkdaşlıq olmayıb. Rusiya təmsilçisi də iki institut arasında əməkdaşlığın qurulmasını əhəmiyyətli sayıb: “Bir il əvvəl Rusiyada paytaxtında keçirilən beynəlxalq konfransda İlham Məmmədzadə ilə tanış oldum. Onun hesabatını eşidəndə belə fikrə gəldim ki, bizim institutlarımızın fəlsəfə, elmi tədqiqatlar sahəsində problemləri eynidir. Buna görə də bu nəticəyə gəldik ki, bizim əməkdaşlığımız mütləqdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR