Bank Of Baku

Azərbaycan və Çexiya sosial təminatla bağlı saziş layihəsinin müzakirəsini Bakıda davam etdirəcək

Azərbaycan və Çexiya sosial təminatla bağlı saziş layihəsinin müzakirəsini Bakıda davam etdirəcək
# 29 sentyabr 2010 10:03 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mütəxəssislərindən və aparıcı şöbə müdirlərindən ibarət nümayəndə heyəti Çexiyada səfərdə olub.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, Çexiyanın pensiya orqanının dəvəti ilə baş tutan səfər zamanı iki ölkə arasında sosial təminat sahəsi ilə bağlı yeni saziş layihəsi və bir sıra digər mühüm məsələlər müzakirə olunub.

Səfərin ilk günündə tərəflərin nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə hər iki ölkələrin sosial təminat sistemləri barədə məlumat mübadiləsi aparılıb. Eyni zamanda tərəflər “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sosial təminat sahəsində Saziş” layihəsini ətraflı müzakirə ediblər. Saziş layihəsi üzrə müzakirələrin nəticəsi olaraq tərəflər arasında protokol imzalanıb, layihə ilə bağlı danışıqların ikinci mərhələsinin Bakı şəhərində keçirilməsi barədə razılığa gəlinib.

DSMF nümayəndə heyətinin üzvləri Çexiya Sosial Təminat Administrasiyasının əməkdaşları tərəfindən hazırlanmış və Administrasiyanın fəaliyyət sahələrinə həsr olunmuş təqdimatlarla, buradakı mərkəzləşdirilmiş arxivin işi ilə tanış olublar. Arxivdə ölkədə işləyən hər bir şəxs barədə 1935-ci ildən etibarən məlumatlar toplanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR