Bank Of Baku

Bu il Azərbaycanda miqrasiya qanunvericiliyinin pozulmasına dair 8 mindən çox fakt aşkarlanıb

Bu il Azərbaycanda miqrasiya qanunvericiliyinin pozulmasına dair 8 mindən çox fakt aşkarlanıb
# 29 sentyabr 2010 10:14 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov jurnalistlərə açıqlamasında deyib. Miqrasiya qanunvericiliyinin pozulması hallarına daha çox hansı ölkələrin vətəndaşları tərəfindən pozulması ilə bağlı sualı cavablandıran DMX rəhbəri konkret ölkənin adını çəkməyin düzgün olmadığını bildirib: “Məsələn, Türkiyə vətəndaşları tərəfindən qanunvericiliyin pozulması halları aşkar olunur. Amma burada da nisbət çıxarmaq lazımdır. Hansı ölkədən miqrantlar daha çoxdursa, həmin dövlət vətəndaşları tərəfindən inzibati hüquq pozmaların sayı da çox olur”.

Arzu Rəhimov əlavə edib ki, bu ilin əvvəllərində keçirilən tədbirlər nəticəsində miqrasiya qanunvericiliyinin tələblərini pozan 400-ə yaxın Çin vətəndaşı və bir o qədər sayda Pakistan vətəndaşı Azərbaycan ərazisindən çıxarılıb.

Azərbaycanla küçə ticarəti ilə məşğul olan Çin vətəndaşları ilə bağlı sualı cavablandıran DMX sədri bu kateqoriya insanların sayının çox artmadığını bildirib: “Bu vətəndaşlar ölkəyə qanuni şəkildə daxil olur, vizada göstərilmiş müddətdə ölkəmizdə yaşayır və hər hansı bir qanun pozuntusuna yol vermirlər. Lakin bu kateqoriyadan olan şəxslər küçə ticarəti ilə məşğul olurlar. Bu qanunsuz fəaliyyət olduğuna görə müvafiq qurumlar tərəfindən onlara qarşı tədbirlər görülür. Əgər bu şəxslər tərəfindən Azərbaycanda yaşamaq qaydaları pozulursa, təbii ki, onlar haqqında müvafiq qərarlar tətbiq olunur və icra edilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR