Bank Of Baku

Bakıda MDB ölkələri miqrasiya orqanları rəhbərləri Şurasının 8-ci iclası başlayıb

Bakıda MDB ölkələri miqrasiya orqanları rəhbərləri Şurasının 8-ci iclası başlayıb
# 29 sentyabr 2010 10:18 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə 7 ölkənin təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Görüşdə miqrasiya sahəsində ölkələrdə olan mövcud vəziyyət, gələcəkdə görüləcək işlər, qeyri-qanuni miqrasiya ilə mübarizə yolları, Şuranın fəaliyyət planına əlavə və dəyişikliklər, Şura sədrlik və Şuranın 9-cu iclasının keçiriləcəyi yerin və onun gündəliyinin müəyyən edilməsi məsələləri müzakirə olunur.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının hüquq mühafizə orqanları üzrə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycanda miqrasiya siyasəti ilə bağlı aparılan işlər barədə iştirakçılara məlumat verib. Onun sözlərinə görə, 2007-ci ildən başlayaraq miqrasiya proseslərinə çox ciddi fikir yetirilir, müvafiq dövlət proqrammı təsdiq olunub, Dövlət Miqrasiya Xidməti yaradılıb.

Azərbaycanın MDB məkanında qaçqın və məcburi köçkün problemi ilə üzləşən ilk ölkə olduğunu söyləyən Fuad Ələsgərov sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın həyata keçirdiyi işğal və etnik təmizləmə nəticəsində 1 milyondan artıq insan öz doğma yurd yuvalarından qovulub.

Hazırda bütün ölkələrdə olduğu kimi Azərbaycanda da əmək miqrantalırın olduğunu söyləyən Fuad Ələsgərov bunu Azərbaycanın iqtisadi və sosial inkişafı, burada gedən proseslər, ictimai-siyasi stabillik və Azərbaycan xalqının tolerantlığı ilə əlaqələndirib. O bildirib ki, Azərbaycan xarici miqrantlar üçün tranzit ölkədən məskunlaşma ölkəsinə çevrilib.

İclas işini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR