Bank Of Baku

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu plagiat elmi işlərin qarşısını almaq üçün proqramın icrasına başlayıb

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu plagiat elmi işlərin qarşısını almaq üçün proqramın icrasına başlayıb
# 29 sentyabr 2010 11:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “İnstitutda plagiat işləri daha çox hüquqşünaslar görmüşdü. Bu da bizə imkan yaratdı ki, müəyyən islahatlar aparaq”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə deyib. Onun sözlərinə görə, artıq plagiat işlərin elmi rəhbərləri cəzalandırılıb və vəzifələrindən kənarlaşdırılıb. İnstitut direktoru plagiatlığın qarşısını almaq üçün böyük proqram hazırladıqlarını və artıq onun icrasına başladıqlarını söyləyib.
Plagiatlığa qarşı mübarizənin aparılmasını çox vacib sayan İ. Məmmədzadə elmi iş yazanlara qarşı tələblərin sərtləşdiyini də açıqlayıb: “Bu islahatların bir hissəsi elmi iş yazanların konfranslarda iştirakı, yazılarını beynəlxalq reytinqli jurnallarda çap etməkdir. Bu, elə də asan məsələ deyil. Ona görə ki, müəyyən vaxt tələb edir. Bununla yanaşı, çalışırıq ki, bütün işləri İnternetə çıxaraq. Hələlik yalnız avtoreferatları, sonradan isə bütün işləri İnternetlə yoxlamağa çalışacağıq. İşləri kənar rəyə də göndərəcəyik. Bu da elə də asan məsələ deyil. Çünki burada müəyyən idarəetmə tədbirləri də görmək lazımdır. Amma bütövlükdə kənar rəy digər dövlətlərin hüquqşünaslarını bu işə cəlb etməklə hazırlanacaq. Elmi iş yazanlardan müdafiədən əvvəl onları beynəlxalq jurnallarda çar etmək tələb ediləcək. Bu da imkan verəcək ki, plagiatlığın qarşısını uğurla ala bilək”.

İ. Məmmədzadə bundan sonra institutda keyfiyyətsiz işlərin olmasına imkan verməyəcəklərini də deyib: “Ən vacibi odur ki, keyfiyyətsiz işlər olmasın. Keyfiyyətsiz işlər olmayanda plagiatlıq da olmur. Biz də çalışırıq ki, işlərimiz daha keyfiyyətli olsun”.

Qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsində AMEA-nın işinə iradlar bildirilib, plagiatlığa toxunmuşdu. AMEA prezidenti Mahmud Kərimov isə APA-ya açıqlamasında məsələ ilə bağlı apardıqları araşdırmalar zamanı plagiatlığın daha çox Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda baş verdiyinin müəyyənləşdiyini söyləmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR