Bank Of Baku

FHN-in “Gənc xilasedicilər" komandası Belarusda keçirilən VIII Beynəlxalq gənc xilasedici və yanğınsöndürənlərin yarışında iştirak edib

FHN-in “Gənc xilasedicilər" komandası Belarusda keçirilən VIII Beynəlxalq gənc xilasedici və yanğınsöndürənlərin yarışında iştirak edib
# 29 sentyabr 2010 14:50 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) "Gənc xilasedicilər" komandası Belarus Respublikasının "Zubronok" Milli Uşaq Təhsil-Sağlamlıq Mərkəzinin bazasında keçirilən VIII Beynəlxalq gənc xilasedici və yanğınsöndürənlərin yarışında iştirak edib. APA-nın FHN-in rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, yarışda 13 ölkənin - ABŞ, Cənubi Koreya, Serbiya, İsveçrə, Polşa, Bolqarıstan, Rusiya Federasiyası, Ukrayna, Moldova, Latviya, Litva, Belarus və Azərbaycanı təmsil edən komandalar iştirak edib. Komanda hesabında birinci yerə Rusiya Federasiyasının, ikinci yerə Belarus Respublikası, üçüncü yerə Ukrayna, dördüncü yerə isə Azərbaycanın komandası layiq görülüb. Yarışlar dörd mərhələdən ibarət olub. "Vizit kartı" müsabiqəsində və "Yanğın estafeti" yarışında FHN-nin komandası üçüncü yer tutub.
Yarışın sonunda Belarusun fövqəladə hallar naziri Ənvər Bariyev FHN-nin komandası ilə görüşüb və komandanın uğurlu çıxışını qeyd edərək onları təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR