Bank Of Baku

«Təhsil kreditləri haqqında» qanun layihəsi Milli Məclisə təqdim olunub

«Təhsil kreditləri haqqında» qanun layihəsi Milli Məclisə təqdim olunub
# 29 sentyabr 2010 15:17 (UTC +04:00)
APA-nın bildirdiyinə görə, bu barədə Milli Məclisin deputatı Əli Məsimli məlumat verib.

Ə. Məsimlinin sözlərinə görə, qanun layihəsi beynəlxalq praktika öyrənilməklə hazırlanıb. Burada bəzi ölkələrin mövcud qanunvericiliyindən istifadə olunsa da, bir çox fərqlər var. Məsələn, qanun layihəsində təhsil krediti sosial və kommersiya xarakterli iki qrupa ayrılıb. Sosial xarakterli təhsili faizsiz, kommersiya xarakterli təhsil kreditinin isə maksimum illik 5%-lə verilməsi əksini tapıb. Təhsil kreditinin müddəti 20 ildir və girov yoxdur. Təhsil kreditini götürən şəxslər oxuduqları müddətdə krediti qaytarmır. Ali məktəbi bitirəndən sonra 1 il möhlət verilir. İşə başlayandan sonra birinci il yalnız maaşının 20%-i kreditin geri qaytarılmasına ödənilə bilər. Kredit sonra hissə-hissə ödənilməlidir.

Ə.Məsimli onu da bildirib ki, qanun layihəsində bəzi həvəsləndirici məqamlar da əksini tapıb. Belə ki, layihədə əla oxuyanların sosial xarakterli təhsil kreditini ödəməkdən, kommersiya kreditinin isə faizini ödəməkdən azad olunması təklif olunur.

Qeyd edək ki, qanun layihəsi deputat Əli Məsimli tərəfindən hazırlanıb və deputat Vahid Əhmədov tərəfindən Milli Məclisə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR